Kriptovalyuta şirkəti ilk dəfə “Formula 1” komandası ilə müqavilə bağlayıb

Kriptovalyuta şirkəti ilk dəfə “Formula 1” komandası ilə müqavilə bağlayıb Bakı. 5 fevral. REPORT.AZ/ “Futurocoin” kriptovalyuta şirkəti “Formula 1” üzrə dünya çempionatının iştirakçısı Avstriyanın “Red Bull” komandası ilə uzunmüddətli sponsorluq müqaviləsi bağlayıb.
Fərdi
5 Fevral , 2019 21:11
Kriptovalyuta şirkəti ilk dəfə “Formula 1” komandası ilə müqavilə bağlayıb

Bakı. 5 fevral. REPORT.AZ/ “Futurocoin” kriptovalyuta şirkəti “Formula 1” üzrə dünya çempionatının iştirakçısı Avstriyanın “Red Bull” komandası ilə uzunmüddətli sponsorluq müqaviləsi bağlayıb.

“Report” xəbər verir ki, bu barədə “qırmızı öküzlər”in Mətbuat xidməti bildirib. 

“Red Bull” kriptovalyuta şirkəti ilə sözləşmə imzalayan ilk “Formula 1” komandası olub. Anlaşmaya əsasən, “Futurocoin”in emblemi boldilərdə və komanda üzvlərinin geyimlərində əksini tapacaq.

Qeyd edək ki, bunadək kriptovalyuta şirkətləri bəzi pilotlarla şəxsi müqavilə bağlayıb. ABŞ-ın “Haas” komandasının sürücüsü Romen Qrojan “SoccerСoin”lə əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi