Kreyq Ridi: "Azərbaycan Milli Antidopinq Agentliyinin fəaliyyətindən razıyıq"

Kreyq Ridi: "Azərbaycan Milli Antidopinq Agentliyinin fəaliyyətindən razıyıq" Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanda xüsusi diqqətdə saxladığımız hansısa idman növləri yoxdur.
Fərdi
15 Noyabr , 2018 16:30
Kreyq Ridi: Azərbaycan Milli Antidopinq Agentliyinin fəaliyyətindən razıyıq

Bakı. 15 noyabr. REPORT.AZ/ "Azərbaycanda xüsusi diqqətdə saxladığımız hansısa idman növləri yoxdur".

"Report" xəbər verir ki, bunu Bakıda təşkil etdiyi mətbuat konfransında Ümumdünya Antidopinq Agentliyinin (WADA) prezidenti Kreyq Ridi söyləyib.

O bildirib ki, rəhbərlik etdiyi qurum mütəmadi olaraq milli təşkilatlarda auditlər aparır: "Biz hər il qadağan olunmuş maddələrin siyahısını yeniləyirik. Çünki antidopinq dünyası sürətlə dəyişir. İstəyimiz odur ki, yerli təşkilatlar məcəlləyə uyğun fəaliyyət göstərsinlər. Azərbaycan Milli Antidopinq Agentliyinin fəaliyyətindən razıyıq. Bu qurum Polşadakı təşkilatla sıx əməkdaşlıq sayəsində çox iş görüb".

Qeyd edək ki, bu gün Bakıda ilk dəfə WADA Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclası keçirilib. 

Son xəbərlər

Orphus sistemi