Yuxarı

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək

Kişilər və qadınlar arasında Azərbaycan çempionatı təşkil olunacaq
Ağır Atletika Akademiyası

Fevralın 21-də Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında kişi və qadın ağırlıqqaldıranlar arasında Azərbaycan çempionatı start götürəcək.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) "Report"a verilən məlumata görə, üç gün davam edəcək yarış Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunacaq. Çempionata ölkənin bütün bölgələrindən 100-dək atlet qatılacaq. 

Məqsəd idmançıların ustalıq səviyyələrinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirənlərin seçilməsi, kişi və qadınlardan ibarət millinin tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlıqdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi