Kikboksinq üzrə dünya çempionu İtaliyada Azərbaycan bayrağını qaldırıb - VİDEO

Kikboksinq üzrə dünya çempionu İtaliyada Azərbaycan bayrağını qaldırıb - VİDEO Azərbaycanlı Fəxrəddin İsgəndər Dünya Çempionatında iki qızıl medal qazanıb
Fərdi
1 Noyabr , 2017 14:56
Kikboksinq üzrə dünya çempionu İtaliyada Azərbaycan bayrağını qaldırıb - VİDEO

Kiyev. 1 noyabr. REPORT.AZ/ Kikboksinq üzrə idman ustası dərəcəsinə malik azərbaycanlı Fəxrəddin İsgəndərov oktybarın 25-dən 29-dək İtaliyanın Marina di Karrara şəhərində keçirilən Dünya Çempionatında K-1 və lou-kik kateqoriyalarında iki qızıl medal qazanıb.

"Report"un Ukrayna bürosunun məlumatına görə, Avropa və dünya çempionu turnirə Ukrayna milli komandasının heyətində qatılıb. O, 60 kq-dək çəki dərəcəsində çıxış edib.

"K-1 kateqoriyasında ilk döyüşüm braziliyalı qarşı oldu, qalib gəldim. Finalda polşalı idmançı ilə görüşdüm və onu elə ilk raundda nokauta saldım", - F.İsgəndərov "Report"a bildirib.

Lou-kik kateqoriyasında isə finalda rəqib döyüşməkdən imtina edib və birincilik sevinci Ukrayna nümayəndəsinə nəsib olub.

Bununla azərbaycanlı idmançı iki müxtəlif kateqoriyada qızıl medal əldə edib.

Mükafatlandırma mərasimində F.İsgəndərov əlində Azərbaycan bayrağını tutub.

"Milliyyətcə azərbaycanlıyam. Xalqımın da qələbəm barədə məlumatının olmasını istəyirəm", - idmançı vurğulayıb.

F.İsgəndərov məşqçisi Artyom Kritskiyə və Ukraynadakı Azərbaycan diasporuna, xüsusilə Hikmət Cavadova təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi