Kikboksinq Federasiyasının rəsmi internet saytı istifadəyə verilib

Kikboksinq Federasiyasının rəsmi internet saytı istifadəyə verilib Saytda Azərbaycanda və dünya idmanında baş verən yeniliklər yer alıb
Fərdi
15 May , 2017 17:42
Kikboksinq Federasiyasının rəsmi internet saytı istifadəyə verilib

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan Kikboksinq Federasiyasının (AKF) və federasiyanın prezidenti, deputat Adil Əliyevin rəsmi internet saytı istifadəyə verilib.

AKF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, federasiyanın saytında (akf.az) Azərbaycanda və dünya idmanında baş verən yeniliklər, həmçinin federasiyanın fəaliyyəti barədə geniş məlumatlar, layihələr yer alıb.

A.Əliyevin rəsmi internet saytında isə (adilaliyev.az) onun mediaya verdiyi müsahibələr, keçirdiyi görüşlər haqqında informasiyalar yerləşdirilib.

Bundan başqa, seçicilər deputata birbaşa elektron müraciət ünvanlaya bilərlər. 

Son xəbərlər

Orphus sistemi