Əfsanəvi boksçu Məhəmməd Əli vəfat edib - VİDEO

Əfsanəvi boksçu Məhəmməd Əli vəfat edib - VİDEO İdmançı 74 yaşında xəstəxanada dünyasını dəyişib
Fərdi
4 İyun , 2016 08:30
Əfsanəvi boksçu Məhəmməd Əli vəfat edib - VİDEO

Bakı. 4 iyun. REPORT.AZ/ Tənəffüsündə yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilən əfsanəvi boksçu Məhəmməd Əli cümə günü 74 yaşında ABŞ-da vəfat edib.

"Report" xəbər verir ki, bu barədə "NBC News" teleşirkəti məlumat yayıb.

Əli son bir neçə günü yatdığı Finkis şəhəri (Arizona ştatı) xəstəxanalarından birində dünyasını dəyişib.

İdmançının ailə üzvlərindən biri boksçunun ölüm xəbərini Amerika telekanalına təsdiq edib.

Məhəmməd Əlinin karyerasında 5 ən yaxşı nokautu:

Amerikalı Sonni Listona qarşı döyüş, 25 may 1965-ci il

Böyük britaniyalı Brayan Londona qarşı döyüş, 6 avqust 1966-cı il

Alman Karl Mildenberqerə qarşı döyüş, 10 sentyabr, 1966-cı il

Amerikalı Zora Folliyə qarşı döyüş, 22 mart 1976-cı il

Amerikalı Corc Formana qarşı döyüş, 30 oktyabr 1971-cii il

Son xəbərlər

Orphus sistemi