"Kaspi" Liseyinin "Ağ şəhər" filialında cüdo zalının açılışı olub

"Kaspi" Liseyinin "Ağ şəhər" filialında cüdo zalının açılışı olub Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri Bakı şəhərində yerləşən “Kaspi” liseyinin Ağ şəhər filialında olublar.
Fərdi
12 Dekabr , 2018 09:38
Kaspi Liseyinin Ağ şəhər filialında cüdo zalının açılışı olub
judo.az
0 : 00
0 : 00

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri Bakı şəhərində yerləşən “Kaspi” liseyinin "Ağ şəhər" filialında olublar.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, şagirdlərlə görüşdə çıxış edənlər dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, azərbaycanlı cüdoçuların son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar. Kaspi Liseyinin rəhbərliyi göstərilən diqqət və qayğıya görə ACF-yə təşəkkürünü bildirib.

Məktəblilərə kimanolar təqdim olunub, onlara uğurlar arzulanıb.

Qeyd edək ki, ACF qarşısında duran prioritet məsələlərdən biri də ölkədə cüdonun kütləviliyi və inkişaf etdirilməsidir. Federasiyanın dəstəyi ilə müxtəlif bölgələrdə cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, kiçik yaşlı yeniyetmələrə kimanolar verilib, mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Artıq bütün regionlarda cüdo üzrə zona birincilikləri keçirilib, perspektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.

Son xəbərlər

Orphus sistemi