Karate Federasiyasının prezidenti Şəkidə təlim-məşq toplanışında olan milli komandanın üzvləri ilə görüşüb

Karate Federasiyasının prezidenti Şəkidə təlim-məşq toplanışında olan milli komandanın üzvləri ilə görüşüb Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Şəki şəhərində təlim-məşq toplanışında olan milli komandanın üzvləri ilə görüşüb.
Fərdi
1 May , 2018 20:50
Karate Federasiyasının prezidenti Şəkidə təlim-məşq toplanışında olan milli komandanın üzvləri ilə görüşüb

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Şəki şəhərində təlim-məşq toplanışında olan milli komandanın üzvləri ilə görüşüb.

"Report"un Federasiyanın saytına istinadən verdiyi məlumata görə, o, Şəki Olimpiya İdman Kompleksində bir həftəlik hazırlıq keçən idmançıların məşqlərini izləyib və komanda heyəti ilə iclas keçirib.

Tədbirdə qarşıdakı Avropa çempionatına son hazırlıq mərhələsindən danışılıb. Federasiya rəhbəri 10-13 may tarixlərində Serbiyanın Novi Sad şəhərində qitə çempionatında milli komandaya uğurlar arzulayıb. Görüşdə Azərbaycan Şotokan Karate Federasiyasının (AŞKF) 1-ci vitse-pezidenti Vilayət Əmirov və Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov da iştirak edib.

Y.Bəşirov karateçilərin məşqləri üçün yaradılmış şəraitə görə kompleksin rəhbərliyinə və V.İskəndərova minnətdarlığını bildirərək ona Federasiyanın yaranmasının 20 illik yubileyi münasibətilə xatirə medalını təqdim edib.

Qeyd edək ki, Şəkidə təlim-məşq toplanışı başa çatdıqdan sonra idmançılar daha bir həftə paytaxtdakı təlim-məşq bazasında hazırlıqları davam etdirəcəklər.

Son xəbərlər

Orphus sistemi