Yuxarı

Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Olimpiya mükafatçımız macarıstanlı rəqibini məğlub edib

Bakı. 23 iyun. REPORT.AZ/ Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında keçirilən Avropa çempionatında yarımfinal görüşləri başa çatıb. 

"Report" xəbər verir ki, Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı bu mərhələdə macarıstanlı Zoltan Harcsa ilə qarşılaşıb.

75 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız növbəti döyüşdən də qalib ayrılıb. O, Harcsanı 4:1 hesabı ilə məğlub edib.

Şahsuvarlı sabah baş tutacaq finalda ukraynalı Aleksandr Xijnyakla üz-üzə gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi