​IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi Milli Olimpiya Komitələri üçün Açıq Gün keçirir

​IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi Milli Olimpiya Komitələri üçün Açıq Gün keçirir Görüşdə 39 İslam dövlətinin MOK üzvləri iştirak edib
Fərdi
13 May , 2016 12:41
​IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi Milli Olimpiya Komitələri üçün Açıq Gün keçirir

Bakı. 13 may. REPORT.AZ/ 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (İHOƏK) 39 islam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib. "Report"un məlumatına görə, MOK-dan olan iştirakçılar IV İslam Həmrəyliyi oyunlarının başlanmasına qalan bir ildə mühüm əhəmiyyət kəsb edən sualları müzakirə etməklə bərabər, eyni zamanda hazırlıq işləri ilə daha yaxından tanış olmaq məqsədi ilə idman oyunlarının keçiriləcəyi yarış məkanlarında da olacaqlar.

Azərbaycan MOK-un vitse-prezidenti və İslam Həmrəyliyi İdman Federasiyasının II vitse-prezidenti Çingiz Hüseynzadə bu cür müstəsna əhəmiyyətli həftədə Bakıya gələn çoxsaylı qonaqları qarşılamaqdan məmnun olduqlarını bildirib. O, MOK-ların öz idmançıları üçün yaradılmış imkanlardan məmnun qaldıqlarına və gələn il uğurlu bir idman tədbirinin keçiriləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, bugünkü iclasda İHOƏK 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin 70 üzvünü qəbul edib.

Son xəbərlər

Orphus sistemi