İslamiada: Azərbaycanın idman gimnastika üzrə qadınlardan ibarət komandası qızıl medal qazanıb

İslamiada: Azərbaycanın idman gimnastika üzrə qadınlardan ibarət komandası qızıl medal qazanıb 4 hərəkətin cəmində 99,300 xal toplanılıb
Fərdi
14 May , 2017 12:09
İslamiada: Azərbaycanın idman gimnastika üzrə qadınlardan ibarət komandası qızıl medal qazanıb

Bakı. 14 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycanın idman gimnastikası üzrə qadınlardan ibarət komandası qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, tərkibi Yuliya İnşina, Marina Nekrasova və Yekaterina Tişkovadan ibarət heyət sərbəst hərəkətlər və gimnastika tirində də çıxışlarını yüksək nəticələrlə başa vurublar.

Dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda ötən gün əldə etdiyi nəticələr də nəzərə alınmaqla, Azərbaycan 99,300 xalla 1-ci yeri tutub. Türkiyə 96,050 xalla 2-ci, İndoneziya 92,050 xalla 3-cü olub.

Qeyd edək ki, bu, Azərbaycanın 11-ci qızıl medalı, ümumilikdə isə 23-cü medalı olub. 

Son xəbərlər

Orphus sistemi