Yuxarı

“International Challenge” kateqoriyalı beynəlxalq badminton turniri Bakıda keçiriləcək

Bakı. 18 sentyabr. REPORT.AZ/ 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan “International Challenge” kateqoriyalı beynəlxalq badminton turniri Bakıda keçiriləcək.

"Report" Azərbaycan Badminton Federasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, Beynəlxalq Badminton Federasiyasının 2019-cu il təqvim planına daxil edilən “Azerbaijan International 2019” Bakı İdman Sarayında təşkil olunacaq. 

Qeyd edək ki, beynəlxalq turnir 2019-cu il iyunun 6-dan 9-na kimi keçiriləcək. Beş kateqoriya üzrə qalib və mükafatçıların müəyyənləşəcəyi yarışın ümumi mükafat fondu 25 min ABŞ dollarıdır. Bu, Azərbaycanda keçiriləcək ilk böyük badminton turniri olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi