Yuxarı

II Avropa Oyunlarının ulduz səfiri müəyyənləşib

Bakı. 10 dekabr. REPORT.AZ/ Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının ulduz səfiri müəyyənləşib.

"Report" "Minsk-2019"un rəsmi saytına istinadən xəbər verir ki, bu missiyaya Ukraynanın xalq artisti Ani Loraka həvalə olunub. Onun səfir seçilməsi "Minsk-Arena"da keçirilən Rusiyanın "Qızıl Qramofon" mükafatının təqdim edilməsi mərasimində açıqlanıb.

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyun 2019-cu ildə təşkil olunacaq. Belarusun paytaxtı Minskdə 50 ölkənin 4000-dən çox idmançısı 15 növ üzrə 200 dəst medal uğrunda mübarizə aparacaq. 9 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Badminton, boks, cüdo, kayak və kanoe qayıqlarında avarçəkmə yarışları Avropa çempionatı səviyyəsində keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi