İtaliyalı idmançı dünya rekordu qırmaq istəyərkən ölüb

İtaliyalı idmançı dünya rekordu qırmaq istəyərkən ölüb İtaliyalı məşhur idmançı Fabio Buzzi və komandasının iki üzvü motorlu qayıqla sürət rekordu vurmaq istəyərkən ölüblər.
Fərdi
19 Sentyabr , 2019 12:46
İtaliyalı idmançı dünya rekordu qırmaq istəyərkən ölüb

İtaliyalı məşhur idmançı Fabio Buzzi və komandasının iki üzvü motorlu qayıqla sürət rekordu vurmaq istəyərkən ölüblər. 

"Report" BBC-yə istinadən xəbər verir ki, onun idarə etdiyi qayıq 148 km/saat sürətlə süni qayaya çırpılıb. Heyət Monte Karlodan Venesiya istiqamətində hərəkətdə olub. 

Qəzada 76 yaşlı Buzzi ilə yanaşı, iki ekipaj üzvü dünyasını dəyişib. Faciənin təfərrüatlarını toqquşmadan sonra sağ qalan Mario İnvernizzi açıqlayıb. O, hazırda xəstəxanadadır.

Qeyd edək ki, Fabio Buzzi karyerasına 40 il əvvəl başlayıb və 10 dəfə dünya çempionu olub. 

Son xəbərlər

Orphus sistemi