İtaliya millisi Dünya Kubokunu Bakıya gətirəcək

İtaliya millisi Dünya Kubokunu Bakıya gətirəcək Kubok Azərbaycan millisi ilə oyun günü Bakı Olimpiya Stadionunda nümayiş etdiriləcək
Fərdi
16 Sentyabr , 2015 18:01
İtaliya millisi Dünya Kubokunu Bakıya gətirəcək

Bakı. 16 sentyabr. REPORT.AZ/ İtaliya yığması futbol üzrə Dünya Kubokunu Azərbaycana gətirəcək. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, kubok oktaybrın 10-da Azərbaycan milli komandası ilə AVRO-2016-nın seçmə qrup matçının keçiriləcəyi Bakı Olimpiya Stadionunda nümayiş etdiriləcək. 

Azarkeşlər həmin gün planetin əsas futbol kuboku ilə şəkil çəkdirmək imkanı əldə edəcəklər. Baş katib Elxan Məmmədov Dünya Kubokunun Azərbaycana gətirilməsi səbəbini açıqlayıb: “AFFA Azərbaycanda İtaliya milli komandasının çoxsaylı azarkeş ordusunun olmasını, eləcə də yeni – Bakı Olimpiya Stadionunda futbol açılışının əzəmətini nəzərə alaraq, fanatlara sürpriz etməyi qərara aldı.

İtaliya Futbol Federasiyası ilə danışıqlardan sonra İtaliya milli komandasının Dünya Kubokunu Azərbaycana gətirməsi üçün razılıq əldə olundu. Bu hadisə ölkəmizdə futbol həvəskarları üçün bir hədiyyə olacaq”.

Qeyd edək ki, Azərbaycan - İtaliya matçı ölkənin ən böyük idman arenasında baş tutacaq ilk rəsmi futbol oyunu kimi tarixə düşəcək. İtaliya millisi 4 dəfə - 1934, 1938, 1982 və 2006-cı illərdə Dünya Kubokunu qazanıb. 

Son xəbərlər

Orphus sistemi