Yuxarı

İsveçrəli xizəkçi dördqat olimpiya çempionu olub

İsveçrəli xizəkçi dördqat olimpiya çempionu olub
O, 15 km məsafəyə sərbəst üsulda qızıl medal qazanıb

Bakı. 16 fevral. REPORT.AZ/ İsveçrəli xizəkçi Dario Kolonya XXIII Qış Olimpiya Oyunlarında 15 km məsafəyə sərbəst üsulda qızıl medal qazanıb.

“Report” xəbər verir ki, Kolonya 33 dəqiqə 43,9 saniyə göstərici ilə birinci olub və dördqat olimpiya çempionu tituluna sahib çıxıb.

Norveçli Simen Heqstad Kryuqer ikinci yeri tutub. Rusiyalı Denis Spitsov isə bürünc medal qazanıb.  

Qeyd edək ki, Dario Kolonya daha əvvəl 2010-cu il Vankuver və 2014-cü il Soçi (2 məsafədə) Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, həmçinin 2013-cü ildə dünya çempionluğu əldə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi