İsveçrəli tennisçi beşinci dəfə "Australian Open"in qalib olub

İsveçrəli tennisçi beşinci dəfə "Australian Open"in qalib olub Roje Federer finalda ispaniyalı Rafael Nadalı məğlub edib
Fərdi
29 Yanvar , 2017 18:53
İsveçrəli tennisçi beşinci dəfə Australian Openin qalib olub

Bakı. 29 yanvar. REPORT.AZ/ Tennis üzrə "Böyük dəbilqə" seriyasından mövsümün ilk turniri sayılan "Australian Open"ə yekun vurulub.

"Report"un məlumatına görə, kişilərin fərdi mübarizəsində həlledici qarşılaşmada isveçrəli Roje Federerlə ispaniyalı Rafael Nadal qarşılaşıb.

Görüş Federerin qələbəsi ilə yekunlaşıb - 3:2 (6:4, 3:6, 6:1, 3:6, 6:3). Həlledici setdə Nadal 3:1 hesabı ilə öndə olsa da, rəqibi ardıcıl 5 geymdən qalib ayrılıb.

Bu, Federerin karyerasında qələbə ilə başa vurduğu "Böyük dəbilqə" seriyalı 18-ci turnir olub. Onlardan 5-i "Australian Open"ə (2004, 2006, 2007, 2010, 2017) təsadüf edib. Amma o, sonuncu dəfə "Böyük dəbilqə"ni 2012-ci ildə "Uimbldon" turnirinin finalında britaniyalı Endi Marreyi yenərək qazanıb. Nadalın aktivində isə ümumilikdə 14 qələbə var.

Qadınların fərdi mübarizəsində isə finalda ABŞ tennisçisi Serena Uilyams bacısı Vinus Uilyamsı 2 setdə (6:4, 6:4) yenərək, karyerasında 7-ci dəfə "Australian Open"in, 23-cü dəfə isə "Böyük dəbilqə"nin qalibi olub.

Qeyd edək ki, mükafat fondu 36 milyon dollar olan "Australian Open" hər ilin yanvarında Melburn şəhərində keçirilir.

Son xəbərlər

Orphus sistemi