Yuxarı

İsveçrədə “Stadion və Təhlükəsizlik Strategiyası” sammiti keçirilir

Tədbirdə Azərbaycanın nümayəndə heyəti də iştirak edir

Bakı. 6 fevral. REPORT.AZ/ İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 6-7 fevral tarixlərində “Stadion və Təhlükəsizlik Strategiyası” sammiti təşkil olunub.

“Report” xəbər verir ki, sammit UEFA İcraiyyə Komitəsi tərəfindən 21 Yanvar 2016-cı il tarixində təsdiq edilmiş, 2017-2021-ci illəri əhatə edən UEFA stadion və təhlükəsizlik strategiyası çərçivəsində keçirilir.

AFFA-nın İnfrastruktur direktoru Kamran Vəliyev və AFFA-nın təqdimatı əsasında tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tədbirdə iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi