Azərbaycanın daha iki cüdoçusu mübarizəni dayandırıb

Azərbaycanın daha iki cüdoçusu mübarizəni dayandırıb İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Qran-Pri turniri davam edir.
Fərdi
24 Yanvar , 2020 15:44
Azərbaycanın daha iki cüdoçusu mübarizəni dayandırıb

İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Qran-Pri turniri davam edir.

"Report"un məlumatına görə, ikinci yarış günündə Azərbaycanın iki təmsilçisi mübarizə aparıb.

73 kq çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev ilk görüşündə ispaniyalı Salvador Kases Roça ilə bacarmayıb. 81 kq çəkidə yarışan Hidayət Heydərov isə macarıstanlı Atilla Unqvariyə məğlub olaraq çıxışlarını erkən başa vurub.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 4-ü kişi və 5-i qadın olmaqla 9 cüdoçusu mübarizəyə qoşulsa da, heç biri medal qazana bilməyib.

Son xəbərlər

Orphus sistemi