Yuxarı

İsrail pauerliftinqçisi özünə məxsus rekordu yeniləyib

Bakı. 27 dekabr. REPORT.AZ/ İsrail pauerliftinqçisi Vladislav Alxazov özünə məxsus rekordu yeniləyib.

“Report” “Pressbol”a istinadən xəbər verir ki, çeçen əsilli idmançı Belarusun paytaxtı Minskdə keçirilən turnirdə xüsusi təchizatdan istifadə etmədən əvvəlcə 510, daha sonra 525 kq ştanqla oturmağı bacarıb.

Qeyd edək ki, bunadək Alxazovun ən yüksək göstəricisi 505 kq olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi