İslamiadanın qalibi olan Azərbaycan idmançısı 4 illik diskvalifikasiya edilib

İslamiadanın qalibi olan Azərbaycan idmançısı 4 illik diskvalifikasiya edilib Onun cəzası 14 avqust 2017-ci ildən qüvvəyə minib
Fərdi
12 Noyabr , 2018 16:32
İslamiadanın qalibi olan Azərbaycan idmançısı 4 illik diskvalifikasiya edilib
0 : 00
0 : 00

Bakı. 12 noyabr. REPORT.AZ/ Orqanizmində qadağan olunmuş preparat aşkarlanan Azərbaycan ağırlıqqaldıranı Anastasiya İbrahimlinin cəza müddəti açıqlanıb.

“Report” Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı Qazaxıstan əsilli atlet 4 il müddətinə diskvalifikasiya olunub. Orqanizmində xlorometiltestosteron (turinabol) maddəsi tapılan A.İbrahimlinin cəzası 14 avqust 2017-ci ildən qüvvəyə minib. 

Qeyd edək ki, Anastasiya İbrahimli “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında 69 kq çəki dərəcəsində iki hərəkətin cəmində 219 kq (birdən 100 kq, təkanla 119 kq) nəticə ilə qızıl medal qazanıb. O həmçinin 2015-ci ildə 23 yaşadək ağırlıqqaldıranlar arasında Avropa çempionu olub. Atlet İslamiadadan sonra cəzalanacağını bilərək karyerasını başa vurub.

Son xəbərlər

Orphus sistemi