İslamiadada futbol yarışlarının püşkü atılıb

İslamiadada futbol yarışlarının püşkü atılıb Azərbaycan və Türkiyə yığmalarının rəqibləri müəyyənləşib
Fərdi
6 Aprel , 2017 20:19
İslamiadada futbol yarışlarının püşkü atılıb

Bakı. 6 aprel. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol yarışlarının püşkü atılıb. 

"Report"un məlumatına görə, Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət milli komandası A qrupuna düşüb.

Yaşar Vahabzadənin baş məşqçi olduğu komandanın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş olub. B qrupunda isə Fələstin, Oman, Əlcəzair və Türkiyə yer alıb.

Qeyd edək ki, futbol yarışları mayın 8-dən başlanacaq. Qrupları ilk 2 pillədə başa vuranlar mayın 18-də yarımfinalda çarpazlama üsulu ilə üz-üzə gələcəklər. Final matçı isə mayın 21-də olacaq.  

Son xəbərlər

Orphus sistemi