Yuxarı

İslamiada: Türkiyə millisi Əlcəzair yığmasına uduzub

Türkiyə millisi 1:2 hesabı ilə məğlub olub

Bakı. 8 may. REPORT.AZ/ Bakıda start götürən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində növbəti futbol oyunu keçirilib. 

"Report"un məlumatına görə, B qrupunda ilk tur matçında Əlcəzair və Türkiyə milli komandaları qarşılaşıb.

"Bayıl Arena"da keçirilən görüşün ilk yarısı Türkiyə yığmasının 1:0 hesablı üstünlüyü ilə yekunlaşsa da, Əlcəzair millisi fasilədən sonra 2 qol vuraraq qalib gəlib.

Qeyd edək ki, qrupda ilk turun digər görüşü Fələstin və Oman yığmaları arasında keçiriləcək. “AZAL Arena”da təşkil olunacaq matç saat 16:30-da başlayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi