İslamiada ilə əlaqədar qadağan olunmuş xüsusi zolağa daxil olan 1000-dən çox sürücü cərimələnib

İslamiada ilə əlaqədar qadağan olunmuş xüsusi zolağa daxil olan 1000-dən çox sürücü cərimələnib Şöbə rəisi: “Bir halda sürücülərə protokol tərtib olunmur”
Fərdi
20 May , 2017 10:10
İslamiada ilə əlaqədar qadağan olunmuş xüsusi zolağa daxil olan 1000-dən çox sürücü cərimələnib
Report.az

Bakı. 20 may. REPORT.AZ/ Mayın 5-dən bu günə qədər IV İslam Həmrəyliyi ilə əlaqədar paytaxt yollarında qadağan olunmuş xüsusi zolağa daxil olan 1000-dən çox sürücü cərimələnib.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, paytaxt yollarında bəzi hallarda yol polislərinin icazəsi ilə sürücülərin həmin zolaqlara çıxmasına icazə verilir: "Ərazidə tıxac və sıxlıqlar yaranmasın deyə bəzi hallarda yol polisləri sürücüləri həmin zolaqlara yönəldir və bu halda onlara protokol tərtib olunmur. Digər hallarda icazəsiz zolağa daxil olan avtomobillərin sürücüləri cərimələnir".

K.Əliyev bildirib ki, paytaxt sürücülərinə bununla bağlı müraciət edəndən sonra onlar qaydalara riayət edirlər.

Son xəbərlər

Orphus sistemi