Yuxarı

İslamiada: Futbol üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq

Voleybol üzrə qrup mərhələsində ilk, həndbol üzrə son turun oyunları baş tutacaq

Bakı. 11 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının üçüncü yarış günündə futbol, voleybol və həndbol üzrə qrup mərhələsinin oyunları keçiriləcək.

"Report"un məlumatına görə, Azərbaycanın futbol yığması 2-ci tur çərçivəsində Səudiyyə Ərəbistanı millisi ilə üz-üzə gələcək. Yaşar Vahabzadənin baş məşqçi olduğu komanda ilk turda Kamerunla qolsuz heç-heçə edib. Səudiyyə Ərəbistanı isə Mərakeşə uduzub - 0:1.

Həmçinin voleybol üzrə qrup mərhələsinin ilk, həndbol üzrə 3-cü turun oyunları baş tutacaq.

Qeyd edək ki, İslamiadanın Açılış mərasimi mayın 12-də keçiriləcək.

11 may (cümə axşamı)

Futbol

Qrup mərhələsi, II tur

A qrupu

12:30. Kamerun - Mərakeş

Bayıl Arena

18:30. Azərbaycan - Səudiyyə Ərəbistanı

Bayıl Arena

B qrupu

10:30. Oman - Türkiyə

Azal Arena

16:30. Fələstin - Əlcəzair

Azal Arena


Həndbol

Qrup mərhələsi, III tur

Kişilər

A qrupu

11:15. Səudiyyə Ərəbistanı – Pakistan

20:15. Əlcəzair - Azərbaycan

B qrupu

09:00. İraq – Mərakeş

18:00. İordaniya – Türkiyə

Qadınlar

A qrupu

13:30. Özbəkistan – Kamerun

15:45. Azərbaycan – Türkiyə

Sərhədçi İdman Kompleksi


Voleybol

Qrup mərhələsi, I tur

Kişilər

A qrupu

10:00. Türkiyə - Türkmənistan

21:30. Azərbaycan - Pakistan

Bakı Kristal Zalı 1

Qadınlar

A qrupu

12:30. Türkiyə - Tacikstan

19:00. Azərbaycan - Qırğızıstan

Bakı Kristal Zalı

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi