Yuxarı

İslamiada: Azərbaycanın daha 4 karateçisi finala yüksəlib

Yalnız qadınların kata yarışında Neda Rezai ilk görüşdə uduzaraq, mübarizəni dayandırıb

Bakı. 14 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın daha 4 karateçisi finala yüksəlib. "Report"un məlumatına görə, kişilərdən katada Roman Heydərov, kumitedə Ayxan Mamayev (84 kq), qadınlardan isə kumitedə İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) yekun mərhələyə yüksəlib.

84 kq-dan yuxarı çəkidə yer alan Asiman Qurbanlı isə bürünc medal uğrunda döyüşəcək. Yalnız qadınların kata yarışında Neda Rezai ilk görüşdə uduzaraq, mübarizəni dayandırıb.

Kişilər

Kata

1/8 final. Roman Heydərov - Dmitri Stomp (Surinam) - 5:0

1/4 final. Roman Heydərov - Abolfazl Şahverdi (İran) - 3:2

1/2 final. Roman Heydərov - Xalifa Alabaar (BƏƏ) - 5:0

FİNAL. Roman Heydərov - Mehmet Yakan (Türkiyə)

Kumite

84 kq

1/8 final. Ayxan Mamayev - Mahmud Sayan (İordaniya) - 7:1

1/4 final. Ayxan Mamayev - Muad Aşaş (Əlcəzair) - 5:3

1/2 final. Ayxan Mamayev - Abdulaziz Ataboyev (Özbəkistan) - 3:1

FİNAL. Ayxan Mamayev - Alparslan Yamanoğlu (Türkiyə)

+84 kq

1/4 final. Asiman Qurbanlı - Muhammad Ramzan (Pakistan) - 5:1

1/2 final. Asiman Qurbanlı - Sayad Gənczadə (İran) - 4:5

Bürünc medal görüşü. Asiman Qurbanlı - Tareq Hamedi (Səudiyyə Ərəbistanı)

Qadınlar

Kata

1/4 final. Neda Rezei - Selin Li (Malayziya) - 0:5

Kumite

68 kq

1/4 final. İrina Zaretska - Nada Mohamed / Marina Afue Konan (Kot dİvuar) - 4:3

1/2 final. İrina Zaretska - Behnuş Najefiqaqelestani (İran) - 3:0

FİNAL. İrina Zaretska - Eda Eltemur (Türkiyə)

+68 kq

1/4 final. Fəridə Əliyeva - İmene Atif (Əlcəzair) - 1:1

1/2 final. Fəridə Əliyeva - Nargis Nargis (Pakistan) - 1:0

FİNAL. Fəridə Əliyeva - Meltem Hocaoğlu (Türkiyə)

Bakı İdman Zalı

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan karateçiləri 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi