İslamiada: Azərbaycanın 2 para-atleti medal qazanıb

İslamiada: Azərbaycanın 2 para-atleti medal qazanıb Onlar uzununa tullanma növündə fərqləniblər
Fərdi
20 May , 2017 11:47
İslamiada: Azərbaycanın 2 para-atleti medal qazanıb

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycanın 2 para-atleti "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında medal qazanıb. "Report"un məlumatına görə, onlar kişilər arasında T11 kateqoriyasında uzununa tullanma yarışında fərqləniblər.

Elçin Muradov 5,76 metr nəticə ilə qızıl, Zeyniddin Bilalov 5,22 metr göstərici ilə bürünc medala sahib olub. Gümüş medalı isə 5,28 metr uzununa tullanan indoneziyalı Abdul Dalimunte əldə edib. 

Son xəbərlər

Orphus sistemi