İslamiada: Azərbaycan zorxanaçıları 6 medal qazanıblar

İslamiada: Azərbaycan zorxanaçıları 6 medal qazanıblar Medallardan 1-i qızıl, 2-si gümüş, 3-ü bürünc əyarlıdır
Fərdi
21 May , 2017 22:22
İslamiada: Azərbaycan zorxanaçıları 6 medal qazanıblar

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycan zorxanaçıları "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında fərdi mübarizəni 6 medalla başa vurublar. "Report"un məlumatına görə, medallardan 1-i qızıl, 2-si gümüş, 3-ü bürünc olub.  

Səngi yarışında 456 xal toplayan Rüfət Güləliyev qızıl, çərxi-çəmənidə 259 xalla Orxan Xanlarov və milbazidə 379 xalla Xəyyam Orucov gümüş, kəbbadədə 572 xalla Məmmədi Salamov, mil səngində 1003 xalla Xəyyam Orucov və çərxi-tizdə 280 xalla Orxan Xanlarov bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın zorxana komandası İslamiadada gümüş medalçı olub. 

*** 14:19

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında zorxana üzrə fərdi yarışlara start verilib. "Report"un məlumatına görə, artıq üç növdə mübarizəyə yekun vurulub. Azərbaycan təmsilçiləri bir dəst medal qazanıblar.

Səngi yarışında 456 xal toplayan Rüfət Qüləliyev qızıl, milbazidə 379 xal yığan Xəyyam Orucov gümüş, çərxi-tizdə isə 280 xala malik Orxan Xanlarov bürünc medala yiyələnib.

Bu axşam Orxan Xanlarov çərxi-çəməni, Məmmədi Salamov kəbbadə, Xəyyam Orucov isə mil səngin yarışında çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi