Yuxarı

İslamiada: Azərbaycan taekvondoçuları 2 medal qazanıblar - FOTO

İslamiada: Azərbaycan taekvondoçuları 2 medal qazanıblar - FOTO
Yaprak Eriş qızıl, Qaşım Maqomedov gümüş medala yiyələnib
© Report.az

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən kişi taekvondoçu Qaşım Maqomedov gümüş medal qazanıb.

"Report"un məlumatına görə, Maqomedov finalda iranlı Mahdi Eşaqiyə uduzub. Görüşün əsas vaxtı 21:21 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda isə Eşaqi qələbəyə nail olub.

Beləliklə, Azərbaycan taekvondoçuları günü 1 qızıl, 1 gümüş medalla başa vurublar.

Kişilər

54 kq

Final. Qaşım Maqomedov - Mahdi Eşaqi (İran) - 21:21, əlavə vaxt - 0:3

Yarımfinal. Qaşım Maqomedov - Dəniz Dağdelen (Türkiyə) - vaxtından əvvəl qələbə

1/4 final. Qaşım Maqomedov - Şukrob Bobobekov (Özbəkistan) 22:22, əlavə vaxt - 3:0

1/8 final. Qaşim Maqomedov - Umar İqbal (Pakistan) 26:6

*** 21:09

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın taekvondoçu Yaprak Eriş qızıl medal qazanıb. "Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində yer alan Eriş finalda türkiyəli Dürdanə Altunelə qalib gəlib.

Bu, Azərbaycanın İslamiadada taekvondo növündə ilk medalı olub.

Taekvondo

Qadınlar

57 kq

Final: Yaprak Eriş - Dürdanə Altunel (Türkiyə)

Yarımfinal. Yaprak Eris - Tayabeh Parsa (İran) - 14:12

1/4 final. Yaprak Eriş - Farsin Hamdani (Pakistan) 29:3

Bakı İdman Sarayı

FOTO: Firi Salim

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi