İslamiada: Azərbaycan ilk qızıl medalla 4-cü pillədə qərarlaşıb

İslamiada: Azərbaycan ilk qızıl medalla 4-cü pillədə qərarlaşıb Ruslan Lunyov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Fərdi
13 May , 2017 15:01
İslamiada: Azərbaycan ilk qızıl medalla 4-cü pillədə qərarlaşıb

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazanıb. 

"Report"un məlumatına görə, kişilər arasında tapançadan 25 metr məsafəyə mərkəzə atış yarışında Ruslan Lunyov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda üst-üstə 581 xal toplayıb. Türkiyəli Yusuf Dikeç gümüş, pakistanlı Muhammad Xalil Axtar bürünc medal əldə edib.

Qeyd edək ki, bu nəticə sayəsində Azərbaycan ölkələrin ümumi medal sıralamasında hərəyə 1 qızıl, 1 gümüş medala malik İndoneziya, İran və Türkiyədən sonra 4-cü pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi