İslamiada: Azərbaycan bədii gimnastları 7 medal qazanıb - YENİLƏNİB-2

İslamiada: Azərbaycan bədii gimnastları 7 medal qazanıb - YENİLƏNİB-2 Marina Durunda 2 qızıl, 2 gümüş, Jalə Piriyeva 1 dəst medala sahib olub
Fərdi
14 May , 2017 21:10
İslamiada: Azərbaycan bədii gimnastları 7 medal qazanıb - YENİLƏNİB-2

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycan bədii gimnastları "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarını bu gün 7 medalla başa vurublar. "Report"un məlumatına görə, medallar halqa, top, gürz və lentlə hərəkətlərdə əldə olunub. 

Lentlə hərəklərdə Marina Durunda 15,450 xalla qızıl, eyni xalı toplayan Jalə Piriyeva gümüş medala sahib olub. Gürzlə hərəkətlərdə isə Marina Durunda 16,550 xalla gümüş medal qazanıb. 

Beləliklə, Marina Durunda 2 qızıl, 2 gümüş, Jalə Piriyeva 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. 

*** 20:10

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycanın bədii gimnastı Jalə Piriyeva qızıl medal qazanıb.

"Report"un məlumatına görə, Piriyeva topla hərəkətlərdə birinci yeri tutub. O, finalda 17,550 xal toplayıb. Bu yarışda azərbaycanlı daha bir gimnast Marina Durunda 15,800 xalla bürünc medala sahib olub. Gümüş medala isə yenə özbəkistanlı Anastasiya Serdyukova 16,950 xalla yiyələnib. 

*** 19:10

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycanın bədii gimnastı Marina Durunda qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, Durunda halqa ilə hərəkətlərdə birinci yeri tutub. O, finalda 17,600 xal toplayıb. Bu yarışda azərbaycanlı daha bir gimnast Jalə Piriyeva 16,050 xalla bürünc medala sahib olub. Gümüş medalı isə özbəkistanlı Anastasiya Serdyukova 16,450 xalla əldə edib. 

Son xəbərlər

Orphus sistemi