İslam Abbasov: "Adi səhv ucbatından qızıl medalı itirdim"

İslam Abbasov: "Adi səhv ucbatından qızıl medalı itirdim" Rəqiblərim çox güclü idi. Eyni zamanda düşdüyüm qrup da ağır qrup idi.
Fərdi
14 Fevral , 2020 06:48
İslam Abbasov: Adi səhv ucbatından qızıl medalı itirdim

"Rəqiblərim çox güclü idi. Eyni zamanda düşdüyüm qrup da ağır qrup idi".

Bu fikirləri "Report"a açıqlamasında İtaliyanın paytaxtı Romada keçirilmiş Avropa çempionatında 87 kq-da bürünc medal qazanmış Yunan-Roma üzrə Azərbaycan güləşçisi İslam Abbasov deyib.

O, qeyd edib ki, turnirdən əvvəl rəqiblərini ciddi analiz edib: "Ümumilikdə 5 görüş keçirdim. Görüşlərin hər biri gərgin oldu. Adi səhv ucbatından qızıl medal qazanmaq şanslarını itirdim. Şükür, bürünc medal qazandım və vətənə əliboş gəlmədim".

İ.Abbasov qarşıdakı planlarından da danışıb. Bildirib ki, martın sonu onu lisenziya xarakterli turnir gözləyir: "Tam qüvvəmlə həmin turnirə hazırlaşacam ki, burda buraxdığım səhvlər yenidən təkrarlanmasın”.

Son xəbərlər

Orphus sistemi