Yuxarı

İran tarixində ilk dəfə qadın idmançı olimpiya medalı qazanıb

Bu ilkə Rio-2016 Yay Olimpiya Oyunlarında Kimyə Əlizadə Zenurin imza atıb

Bakı. 19 avqust. REPORT.AZ/ İran tarixində ilk dəfə qadın idmançı olimpiya medalı qazanıb. 

"Report" NTV telekanalına istinadən xəbər verir ki, bu ilkə "Rio-2016" Yay Olimpiya Oyunlarında Kimyə Əlizadə Zenurin imza atıb. 

İranlı taekvondoçu Misir idmançısı Hedaya Vahbaya qalib gələrək, 57 kq çəki dərəcəsində bürüncü mükafat qazanıb. 

Qeyd edək ki, Kimyə Əlizadə Zenurin 1998-ci il iyulun 10-da İranın Kərəc şəhərində anadan olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi