İran IV İslam Həmrəyliyi Oyunlarına 280 nəfərlik nümayəndə heyəti ilə gələcək

İran IV İslam Həmrəyliyi Oyunlarına 280 nəfərlik nümayəndə heyəti ilə gələcək Qonşu ölkə yarışlarda 165 idmançı ilə təmsil olunacaq
Fərdi
19 Aprel , 2017 09:41
İran IV İslam Həmrəyliyi Oyunlarına 280 nəfərlik nümayəndə heyəti ilə gələcək

Bakı. 19 aprel. REPORT.AZ/ İran Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 280 nəfərlik nümayəndə heyəti ilə qatılacaq.

"Report"un “Tasnim” agentliyinə istinadən məlumatına görə, bu barədə qonşu ölkənin Milli Olimpiya Komitəsinin baş katibi Şahruh Şahnazi açıqlama verib. Onun sözlərinə görə, nümayəndə heyətində 130 kişi, 35 qadın idmançı yer alacaq.

İran İslamiadada voleybol, zorxana, boks, tennis, atletika, para-atletika, ağırlıqqaldırma, cüdo, para-cüdo, idman gimnastikası, karate, atıcılıq, uşu, üzgüçülük, suya tullanma, su polosu, stolüstü tennis, taekvondo, sərbəst və yunan-Roma güləşi növlərində təmsil olunacaq. 

Bu, qonşu ölkənin İslamiadalar tarixində ən geniş heyəti olacaq. İran ilk oyunlarda 130 idmançı ilə ümumi medal sıralamasında 4-cü, sonuncu İslamiadada isə 88 idmançı ilə 2-ci yeri tutub.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi