İndoneziya 2032-ci il olimpiadasına ev sahibliyi etmək istəyir

İndoneziya 2032-ci il olimpiadasına ev sahibliyi etmək istəyir Bakı. 1 sentyabr. REPORT.AZ/ İndoneziya 2032-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürəcək.
Fərdi
1 Sentyabr , 2018 14:13
İndoneziya 2032-ci il olimpiadasına ev sahibliyi etmək istəyir

Bakı. 1 sentyabr. REPORT.AZ/ İndoneziya 2032-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürəcək. 

"Report"un məlumatına görə, bu barədə ölkə prezidenti Coko Vidodo açıqlama verib.

O bildirib ki, hazırda İndoneziyanın təşkil etdiyi Asiya Oyunları təcrübəsi sayəsində daha böyük idman tədbirinə ev sahibliyi etmək olar. 

Bu təşəbbüsü Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da dəstəkləyib. Almaniyalı funksioner Asiya Oyunlarının Olimpiada-2032-yə namizədlik üçün ciddi zəmin yaratdığını vurğulayıb. 

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunları Yaponiyanın paytaxtı Tokioda, 2024 və 2028-ci il olimpiadaları isə müvafiq olaraq Fransanın paytaxtı Parislə ABŞ-ın Los-Anceles şəhərində təşkil olunacaq. Hələlik 2032-ci il olimpiadasını təşkil etmək istəyini Rusiya (Sankt-Peterburq) və Hindistan dilə gətirib. 

Son xəbərlər

Orphus sistemi