"Formula 1": Çin Qran-prisini təqvimdə bu şəhər əvəzləyə bilər

"Formula 1": Çin Qran-prisini təqvimdə bu şəhər əvəzləyə bilər 2006-cı ildən Formula 1 yarışlarını qəbul etməyən İtaliyanın İmola şəhərindəki avtodrom yenidən çempionatın təqviminə salına bilər.
Fərdi
17 Fevral , 2020 15:44
Formula 1: Çin Qran-prisini təqvimdə bu şəhər əvəzləyə bilər

2006-cı ildən "Formula 1" yarışlarını qəbul etməyən İtaliyanın İmola şəhərindəki avtodrom yenidən çempionatın təqviminə salına bilər.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, bu, koronavirus təhlükəsinə görə qeyri-müəyyən tarixə təxirə salınan Çin Qran-prisi baş tutmayacağı halda gerçəkləşəcək.

İddiaya görə, daha əvvəl San-Marino Qran-prisini təşkil etmiş avtodrom rəhbərliyi artıq bununla bağlı Beynəlxalq Avtomobil Federasiyasına (FIA) məktub göndərib. Ancaq bunun üçün əvvəlcə şəhərdəki iki əsas problem həll olunmalıdır. Birincisi, "Formula 1"in təqviminə düşmək üçün qısa müddətdə İmolada müasir təhlükəsizlik tələblərinə cavab verən avtodrom inşa olunmalı, ikincisi, yarışın təşkilini maddi cəhətdən təmin edə biləcək böyük sponsor tapılmalıdır.

Qeyd edək ki, keçirilməli idi. 5 - 7 iyunda isə Azərbaycan Qran-prisi olacaq. 

Son xəbərlər

Orphus sistemi