Azərbaycan çempionatında ilk günün bütün qalibləri müəyyənləşdi - VİDEO

Azərbaycan çempionatında ilk günün bütün qalibləri müəyyənləşdi - VİDEO Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Akademiyasının zalında kişi və qadınlar arasında Azərbaycan çempionatında ilk yarış günü başa çatıb.
Fərdi
21 Fevral , 2020 20:13
Azərbaycan çempionatında ilk günün bütün qalibləri müəyyənləşdi - VİDEO

Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Akademiyasının zalında kişi və qadınlar arasında Azərbaycan çempionatında ilk yarış günü başa çatıb.

"Report"un məlumatına görə, son olaraq kişilər arasında qaliblər müəyyənləşib.

Kişilərin mübarizəsində körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olanlar çıxıb. Toplam 195 kq (85+110) çəkini ram edən Əvəz Tağıyev çempion adını qazanıb. Sonrakı yerləri müvafiq olaraq toplam 184 kq (81+103) nəticə ilə Qasım İsmayılov və toplam 163 kq (70+93) nəticə ilə Kənan Rəhimov tutublar.

Kişilər arasında növbəti qaliblər 61 kq çəki dərəcəsində müəyyən olunub. Toplam 225 kq (100+125) nəticə ilə Tehran Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medal toplam 200 kq (90+110) nəticə ilə Elşən Məmmədova, bürünc medal isə toplam 199 kq (89+110) nəticə ilə Mehman Qəzənfərova qismət olub.

Son olaraq kişilər arasında 67 kq çəki dərəcəsində qaliblər müəyyənləşib. Toplam 239 kq (110+129) nəticə ilə Ömər Cavadov bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb. İkinci pillədə toplam 238 kq (111+127) nəticə ilə Murad Əliyev, üçüncü pillədə isə toplam 230 kq (100+130) nəticə ilə Elməddin Hüseynov yer alıb.

Qadınların yarışında isə toplam 142 kq (63+79) çəkinin öhdəsindən gələn Mərziyyə Məhərrəmova 219.7 xalla qızıl medala layiq görülüb. Toplam 161 kq (71+90) nəticə və 217.3 xalla Günel Vəliyeva ikinci, toplam 139 kq (62+77) nəticə və 199.1 xalla Gülçin Əlizadə üçüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın idmançı qüvvəsini sınayacaq. İki gün davam edəcək çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Son xəbərlər

Orphus sistemi