Yuxarı

İdman ictimaiyyətinin nümayəndələri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Bakı. 5 mart. REPORT.AZ/ İdman ictimaiyyətinin nümayəndələri Bədən Tərbiyəsi və İdman günü münasibətilə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

"Report"un məlumatına görə, ziyarətdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, müxtəlif federasiyaların rəsmiləri, olimpiya çempionları, idmançılar və digər rəsmi şəxslər iştirak ediblər.

Ulu öndərin məzar üzərinə əklil qoyulub, xatirəsi ehtiramla yad olunub. 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub. 

Daha sonra idman ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi