İdman Arbitraj Məhkəməsi Beynəlxalq Olimpiya Komitəsinin qərarını ləğv edib

İdman Arbitraj Məhkəməsi Beynəlxalq Olimpiya Komitəsinin qərarını ləğv edib 28 rusiyalı idmançının şikayəti təmin olunub
Fərdi
1 Fevral , 2018 13:27
İdman Arbitraj Məhkəməsi Beynəlxalq Olimpiya Komitəsinin qərarını ləğv edib

Bakı. 1 fevral. REPORT.AZ/ İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı 28 idmançının Olimpiya Oyunlarından ömürlük uzaqlaşdırılmasına dair qərardan apellyasiyasını təmin edib. 

"Report"un məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (İOC) bununla 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında həmin idmançıların anti-dopinq qaydalarını pozduqlarını iddia edən İOC-un qərarını ləğv edib. Daha əvvəl İOC həmin olimpiadada iştirak etmiş rusiyalı 43 idmançının anti-dopinq qaydalarını pozmaqda günahlarının olduğunu etiraf edib və "Soçi-2014"dəki nəticələrini ləğv edərək, onları Olimpiya Oyunlarından ömürlük kənarlaşdırıb. Nəticədə olimpiadanın 13 mükafatından məhrum edilən Rusiya medal hesabındakı birinci yeri itirib.  

Qərarlar rusiyalıların Olimpiya Oyunlarındakı dopinq-testlərinin yenidən yoxlanılması ilə məşğul olan İOC komissiyasının işinin nəticələri əsasında çıxarılıb. 

Son xəbərlər

Orphus sistemi