İddiaçılar turniri: Şəhriyar Məmmədyarov 9-cu dəfə heç-heçə edib

İddiaçılar turniri: Şəhriyar Məmmədyarov 9-cu dəfə heç-heçə edib O, amerikalı Uesli So ilə xalları yarı bölüb
Fərdi
23 Mart , 2018 23:32
İddiaçılar turniri: Şəhriyar Məmmədyarov 9-cu dəfə heç-heçə edib

Bakı. 23 mart. REPORT.AZ/ Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Berlin şəhərində keçirilən şahmat üzrə İddiaçılar turnirində 9-cu heç-heçəsini edib.

“Report” xəbər verir ki, şahmatçı yarışın XI turunda amerikalı Uesli So ilə qarşılaşıb və tərəflər 51-ci gedişdə xalları yarı bölüblər. Rəqiblərin ilk görüşü də eyni nəticə ilə yekunlaşmışdı.

Bu görüşdən sonra Məmmədyarov xallarının sayını 6-ya çatdırıb və lider Fabiano Karunadan (ABŞ) 0,5 xal geri qalır.

İddiaçılar turniri, XI tur

Uesli So (ABŞ) – Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

Fabiano Karuana (ABŞ) – Vladimir Kramnik (Rusiya) - 0,5:0,5

Din Lijen (Çin) – Aleksandr Qrişuk (Rusiya)

Levon Aronyan (Ermənistan) – Sergey Karyakin (Rusiya)

Turnir cədvəli: Karuana - 7 xal, Məmmədyarov - 6,5, Qrişuk - 5,5, Karyakin, Dinq Lijen – hərəyə 5 xal, Kramnik - 5, So - 4,5, Aronyan - 3,5.

Son xəbərlər

Orphus sistemi