Hüseyn Bolt 11 qat dünya çempionu oldu

Hüseyn Bolt 11 qat dünya çempionu oldu Kişilər arasında 4x100 final estafeta yarışında yamaykalı sprinterlərin göstəricisi 37,36 saniyə təşkil edib
Fərdi
29 Avqust , 2015 19:24
Hüseyn Bolt 11 qat dünya çempionu oldu

Bakı. 29 avqust. REPORT.AZ/ Yamaykalı sprinter Hüseyn Bolt Pekində keçirilən yüngül atletika üzrə Dünya çempionatında növbəti qızıl medalı qazanmağa müvəffəq olub. "Report" "Gazeta.Ru" saytına istinadən xəbər verir ki, kişilər arasında 4x100 final estafeta yarışında yamaykalı sprinterlərin göstəricisi 37,36 saniyə təşkil edib.

Gümüş medalı ABŞ təmcilciləri əldə edib (37,77 saniyə). Bürünc medalı sahibi isə Çin idmançıları olub (38,01 saniyə).

Beləliklə, Bolt 11 qat dünya çempionu olub.

Son xəbərlər

Orphus sistemi