Hidayət Heydərov Sankt-Peterburqda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb

Hidayət Heydərov Sankt-Peterburqda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb Bakı. 16 dekabr. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə World Masters yarışına start verilib.
Fərdi
16 Dekabr , 2017 20:56
Hidayət Heydərov Sankt-Peterburqda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə "World Masters" yarışına start verilib.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, yarışın ilk günü milli komandamız aktivinə bir medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hidayət Heydərov mötəbər yarışda bürünc medal qazanıb.

Qeyd edək ki, 46 ölkədən 212 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan milli komandası 7 cüdoçu ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi