"Heydər Əliyev siyasi məktəbini öyrənirik - 2020"nin icrasına başlanılır

"Heydər Əliyev siyasi məktəbini öyrənirik - 2020"nin icrasına başlanılır Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi Heydər Əliyev siyasi məktəbini öyrənirik Gənc Liderlər Proqramının icrasına start verir.
Fərdi
9 Aprel , 2020 14:44
Heydər Əliyev siyasi məktəbini öyrənirik - 2020nin icrasına başlanılır

Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi "Heydər Əliyev siyasi məktəbini öyrənirik" Gənc Liderlər Proqramının icrasına start verir.

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, proqramın əsas məqsədlərindən biri gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaradılmasıdır.

Proqramda iştirak etmək istəyən gənclər iştirakçı anketini dolduraraq, aprelin 30-dək [email protected][email protected] ünvanlarına göndərməlidirlər.

Ərizə tam şəkildə doldurulduqda baxılması üçün namizədlər siyahısına daxil edilir.

İddiaçılar üçün meyarlar bunlardır: Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumatlı, ictimai fəal, 18 - 25 yaşlı, təşkilatçılıq, ünsiyyət və əlaqə qurmaq bacarığına, geniş dünya görüşünə, komanda ilə iş bacarığına malik, Azərbaycan vətəndaşı olmalıdır.

Namizədlər siyahısına daxil edilmiş hər bir gənclə onlyan formada müsahibə aparılacaq. Müsahibənin nəticəsi olaraq iştirakçıların siyahısı müəyyənləşdiriləcək və bu barədə hər birinin elektron poçtuna və mobil telefon nömrəsinə sms göndəriləcək.

Qeydiyyat üçün bu linkə (https://docs.google.com/forms/d/1x8Z4nkfGKxx9Eul4X...) daxil olmaq lazımdır. İştirakçıları anketi doldurduqdan sonra [email protected] elektron poçtuna göndərməlidirlər.

Proqram Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.1.1-ci yarımbəndinin (ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması) icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi