Heydər Əliyev Mərkəzinin parkında karate dərsi keçirilib

Heydər Əliyev Mərkəzinin parkında karate dərsi keçirilib Dərsi "Bakı-2017" 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi Rafael Ağayev keçib
Fərdi
18 İyun , 2017 15:00
Heydər Əliyev Mərkəzinin parkında karate dərsi keçirilib

Bakı. 18 iyun. REPORT.AZ/ Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün karate dərsi təşkil olunub.

"Report" Heydər Əliyev mərkəzinə istinadən xəbər verir ki, iki saata yaxın davam edən dərsi 5 dəfə dünya çempionu, 13 dəfə Avropa çempionu, "Bakı-2015" Avropa Oyunlarının və "Bakı-2017" 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi Rafael Ağayev keçib.

Qeyd edək ki, Mərkəzin parkında ənənəvi olaraq müxtəlif tədbirlər, eləcə də dərslər təşkil olunur. Parkdakı tədbirlərə giriş sərbəst və ödənişsizdir.

Tədbirlər barədə elanları Heydər Əliyev Mərkəzinin Facebook və Instagram səhifələrindən izləmək olar.

Son xəbərlər

Orphus sistemi