Hemilton Kanada Qran-prisində cərimə xalı hesabına qalib olub

Hemilton Kanada Qran-prisində cərimə xalı hesabına qalib olub Formula 1 üzrə Kanada Qran-prisinə yekun vurulub.
Fərdi
9 İyun , 2019 23:53
Hemilton Kanada Qran-prisində cərimə xalı hesabına qalib olub

"Formula 1" üzrə Kanada Qran-prisinə yekun vurulub.

"Report"un məlumatına görə, "Mercedes" pilotu Lüis Hemilton mövsümün 7-ci yarışının qalibi olub.

Böyük britaniyalı sürücü finişə ikinci çatsa da, "Ferrari" pilotu Sebastyan Fettel 5 saniyə cəzalandırıldığı üçün liderliyini itirib. Nəticədə Hemilton daha yaxşı göstərici ilə birinci pilləyə qalxıb. Üçüncü yeri isə "Ferrari"nin daha bir pilotu Şarl Lekler tutub.

Bu, Hemiltonun 13 illik "Formula 1" karyerası ərzində 78-ci qələbəsi olub.

Son xəbərlər

Orphus sistemi