Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqlayıb

Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqlayıb Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə kəmər sahibi Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqlayıb.
Fərdi
14 Oktyabr , 2019 15:39
Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqlayıb

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə kəmər sahibi Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqlayıb.

“Report” xəbər verir ki, 31 yaşlı rusiyalı idmançı “Netcast Zone”yə müsahibəsində həmin şəxsin, böyük ehtimalla, amerikalı Toni Ferqyuson olacağını bildirib.

Nurməhəmmədov ötən ay Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə amerikalı Dastin Puaryeni məğlub edərək ikinci dəfə çempion titulunu qoruyub.

Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. 35 yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.

Son xəbərlər

Orphus sistemi