Yuxarı

Cüdo üzrə paralimpiya yığmamız Gürcüstanda

Hazırlıq prosesi martın 3-dək davam edəcək

Azərbaycan Milli Paralimpiya Komitəsinin kişi cüdoçulardan ibarət milli komandası Gürcüstana təlim-məşq toplanışına yollanıb.

"Report" federasiyanın Mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 18-də Qori şəhərində start götürən hazırlıq prosesinə baş məşqçi İbrahim İbrahimov rəhbərlik edir. Toplanış martın 3-dək davam edəcək.

Qeyd edək ki, təlim-məşq toplanışı 8 - 13 apreldə Böyük Britaniyanın Nottingem şəhərində keçiriləcək Qran-priyə hazırlıq məqsədi daşıyır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi