Hafiz Cəfərov: "Bir neçə atıcımız Tokio olimpiadasına lisenziya qazana bilər"

Hafiz Cəfərov: "Bir neçə atıcımız Tokio olimpiadasına lisenziya qazana bilər" Bakı. 4 yanvar. REPORT.AZ/ “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli əsas yarışlar bu ildən başlaycaq. Bu baxımdan, Dünya kubokları və Avropa çempionatı böyük önəm kəsb edir”.
Fərdi
4 Yanvar , 2019 12:06
Hafiz Cəfərov: Bir neçə atıcımız Tokio olimpiadasına lisenziya qazana bilər

Bakı. 4 yanvar. REPORT.AZ/ “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli əsas yarışlar bu ildən başlaycaq. Bu baxımdan, Dünya kubokları və Avropa çempionatı böyük önəm kəsb edir”.

Bunu “Report”a Azərbaycan Atıcılıq Federasiyasının (AAF) vitse-prezidenti və stend atıcılığı üzrə milli komandanın baş məşqçisi Hafiz Cəfərov deyib. 73 yaşlı mütəxəssis bildirib ki, lisenziyaların sayı ilə bağlı proqnoz vermək çətindir: “Bu, idmandır. Ola bilər ki, cəmi bir lisenziya əldə edək, məyyən çətinliklə üzləşək. Əvvəlcədən bunu heç kim dəqiq deyə bilməz. Bəzi idmançılara ümid var. Amma bu, o demək deyil ki, onlar sabah lisenziya qazanacaqlar. Təxminən 2-3 idmançımız var ki, onlara inanırıq”.

H.Cəfərov 2004-cü il Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, güllə atıcılığı üzrə Azərbaycan yığmasının baş məşqçisi İradə Aşumovanın lisenziya xarakterli yarışlara qatılıb-qatılmayacağının dəqiq bilinmədiyini söyləyib: “O, bəzi yarışlarışa qatılır. Amma hələ ki, lisenziya qazanmaq üçün həmin turnirlərdə iştirak edib-etməyəcəyini bilmirəm. Hər halda bu barədə özü məlumat versə, yaxşı olar”.

Qeyd edək ki, “Minsk 2019” II Avropa Oyunlarında güllə və stend atıcılığı üzrə yarışların qalibləri 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaqlar. Belarusun paytaxtında Azərbaycanı 5 atıcı təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi