Yuxarı

Gürcüstan Voleybol Federasiyasının prezidenti Azərbaycana səfərə gəlib

​Gürcüstan Voleybol Federasiyasının prezidenti Azərbaycana işgüzar səf

Gürcüstan Voleybol Federasiyasının (GVF) prezidenti İrakli Çaçua Azərbaycana işgüzar səfərə gəlib. 

“Report” xəbər verir ki, o, Bakıda Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev, baş katibi Cəlil Cəfərovla və AVF nümayəndələri ilə görüşlər keçirib.

Yığıncaqda bir sıra mövzulara toxunulub. Əsas müzakirə mövzusu isə Gürcüstan klublarının Azərbaycan çempionatında iştirak məsələsi olub. Qonaq Super Liqada, bu mövsümdən isə Yüksək Liqada da oynayacaq qonşu ölkə komandalarının Azərbaycanda böyük təcrübə topladıqlarını vurğulayıb. O, yarışın daha da kütləviləşməsi üçün Gürcüstanda da hansısa turun, yaxud yarımfinal matçının keçirilməsini təklif edib.

Onun təklifi müsbət qarşılanıb. Qərara alınıb ki, Azərbaycan klubları da rəqibləri ilə səfərdə oynasın. Nəticədə gürcüstanlı azarkeşlər də Azərbaycan çempionatında olacaq maraqlı görüşləri canlı izləmək imkanına yiyələniblər.

Hansısa turun və ya yarımfinal oyunlarının qonşu ölkədə keçiriləcəyi tarix tezliklə açıqlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi