Yuxarı

Gürcüstan komandaları Azərbaycan çempionatına qoşuldu

Gürcüstan komandaları Azərbaycan çempionatına qoşuldu

© Google.az

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların başlama vaxtı və keçiriləcəyi yer müəyyənləşib. 

"Report"un məlumatına görə, fevralın 18-dən həm Super Liqada, həm də Yüksək Liqada ardıcıl 4 gün qarşılaşmalar təşkil olunacaq.

Buna Gürcüstan komandalarının Bakıya gəlməsi səbəb olub. Bu gün paytaxta gələn qonşu ölkə təmsilçiləri sabahdan çempionatda mübarizəyə başlayacaqlar. Oyunlara iki arena - Dərnəgül Voleybol Mərkəzi və “Sərhədçi” Olimpiya İdman Mərkəzi ev sahibliyi edəcək.

Azərbaycan çempionatı Super Liqa, qadınlar

18 fevral 15:00. “Mübariz” – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi

19 fevral 15:00. “Azerreyl” – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi

20 fevral 15:00. UNEC – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi

21 fevral 15:00. “Abşeron” – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi

Azərbaycan çempionatı Yüksək Liqa, kişilər

18 fevral 

14:00 Express – MOİK Sərhədçi Olimpiya İdman Mərkəzi

16:00 Azərreyl – Neftçi Sərhədçi Olimpiya İdman Mərkəzi

17:00 Murov – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi 

19 fevral

17:00. “Xilasedici” – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi

20 fevral

17:00. “Neftçi” – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi

21 fevral

17:00. MOİK - Gürcüstan Dərnəgül Voleybol Mərkəzi

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi